RU

Ərdoğanın Kazana gəldiyi vaxt Ankarada terakt... – Xəbərdarlıq?

Ankarada dövlət aerokosmik şirkəti TUSAŞ-ın binasında törədilən terror aktının iki məsələ ilə bağlantısı görünür.

Birincisi, Baxçalının məlum Öcalan açıqlaması və Türkiyənin "kürd açılımı" siyasətində yeni mərhələni başlatmaq planıdır. Öcalan-DEM üzərindən edilən bu həmlə PKK-nın Qəndil və siyasi qanadında parçalanmaya da yol açacaq. Görünür, kənarda qalmaq riski ilə üzləşən qruplar bu terror aktı ilə Türkiyənin həmləsini effektsiz etməyə çalışır, bu məsələdə PKK kartından istifadə edən ölkələr də maraqlıdır.

İkincisi, Türkiyənin Qərb qarşısında ciddi alternativ olmaq imkanları güclənən BRİKS-ə - "Qlobal Cənub"a yaxınlaşmasıdır. Kazan sammitində Türkiyənin üzvlüyü də müzakirə ediləcək. Ərdoğanın BRİKS sammitinə qatıldığı vaxt Ankarada terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər.

Избранный
16
1
axar.az

2Источники