RU

Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqə elan edilib. Fotomüsabiqə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunur.


Layihə dünyaşöhrətli fotoqraf, "Reza Visual Academy”nin təsisçisi Reza Deqatinin iştirakı ilə baş tutur.


"Yer kürəsi uşaqların gözü ilə” təkcə fotomüsabiqə deyil, eyni zamanda, gələcək nəslin ətraf mühitə dair maarifləndirmədə və təbliğatda yol göstərməsi üçün fəaliyyət göstərməsinə çağırışdır. Müsabiqəyə dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını fotolar vasitəsilə təqdim etməyə dəvət olunur.


"Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” devizi altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.


Qalib gələn fotoşəkillər COP29 çərçivəsində noyabrın 11-dən etibarən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək.


Xatırladaq ki, bundan əvvəlki "Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi gənc fotoqrafların bədii istedadlarını, ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək qlobal diqqət toplayıb, fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərib.


Müsabiqə gənclərə ətraf mühitin mühafizəsində mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.


Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqədə iştirak etmək üçün mövzuya uyğun gələn 1-dən 20-dək fotoşəkil (şəkillərin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah qeyd etməklə) təqdim edə bilərlər.


Oktyabrın 31-i müraciət üçün son tarixdir.


Münsiflər heyəti fotoşəkilləri yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı əsasında qiymətləndirəcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.


Təqdimatlar müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn verilə bilər. Əlavə məlumat və təlimatlar saytda mövcuddur.


Ətraflı məlumat üçün vebsayt: https://childreneyes.earth


Sosial media hesabları: Instagram: @childrenseyesonearth; Facebook: @childrenseyesonearth


Əlaqə: photocontest@childreneyes.eart


Избранный
2
9
qaynarinfo.az

10Источники