Livanın “Hizbullah” şiə hərəkatı Həsən Nəsrullahın varisi Haşim Safi əd-Dinin ölümünü rəsmən təsdiqləyib.
Hizbullahın bəyanatında deyilir: “Biz böyük bir komandirin ölümünə yas tuturuq”.
Bundan əvvəl Əl Hadath telekanalı Safi əd-Dinin İsrailin Beyruta endirdiyi zərbələr zamanı öldüyünü bildirib . Onunla birlikdə dağıntılar altından Hizbullah üzvlərinin 23 cəsədi çıxarılıb.
DOĞRU.AZ