RU

Qərbi Azərbaycana qayıdışda YENİ MƏRHƏLƏ

Beynəlxalq hüququn norma və prinsiplərində də əks olunduğu kimi, deportasiya insanlıq əleyhinə cinayətdir. Qərbi azərbaycanlılara qarşı ötən əsrdə bir neçə dəfə mərhələlərlə insanlıq əleyhinə cinayətlər törədilib.

Sonuncu deportasiya məhz 1987-ci ilin sonlarına doğru başlamışdı. Həmin ilin sentyabr-oktyabr aylarından etibarən soydaşlarımıza qarşı sıxışdırılmalar, hücumlar, qarşıdurmalar başladı, Qafan əhalisinin evlərinə hücumlar edildi. 1987-ci il noyabrın əvvəlində Qafandan azərbaycanlıların ilk deportasiyası baş verdi və onlar şəraitsiz, insan daşımaq üçün nəzərdə tutulmayan qatarlara mindirilərək öz ata-baba yurdlarından çıxarıldılar. Ardınca 1991-ci ilədək Qərbi azərbaycanlıların sistemli şəkildə deportasiyası həyata keçirildi. Soydaşlarımız rayon-rayon, şəhər-şəhər, kənd-kənd ən acınacaqlı şəraitdə, soyuq havalarda cəmi bir neçə saat ərzində öz evlərini piyada tərk etməyə vadar olundular.

deport.PNG

Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılıblar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur.

Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir.

İCMA

Ermənistanda isə məsələ “dərin narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib.

Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur.

Dekabrın 24-də, öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını açaraq Qərbi azərbaycanlılara böyük hədiyyəsini təqdim edən Prezident İlham Əliyev bu nəcib hərəkəti ilə həmin soydaşlarımıza, bütün Azərbaycan xalqına daha bir xoş ismarış verdi. Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı Qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu.

“Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur”, - deyə Prezident İlham Əliyev Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı bir daha vurğuladı.

“Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır”, - Prezident çıxışında bildirdi.

Bu çıxışın davamı kimi parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

MELAHET.jpg

Qərbi Azərbaycan kökənli millət vəkili Məlahət İbrahimqızı deyib ki, Qərbi Azərbaycan İcması yarandığı vaxtdan bu günə kimi çox ciddi, prinsipial və çoxşaxəli fəaliyyət göstərib:

“Xüsusilə də beynəlxalq aləmdə tezliklə Qərbi azərbaycanlıların hüquqlarının fəaliyyəti üzrə işlər aparılacaq.

İcma bütün beynəlxalq təşkilatların gündəminə Qərbi Azərbaycan məsələsini gətirə bilib. BMT-nin bütün qurumlarına, eləcə də Avropada olan beynəlxalq təşkilatlara məktublar və sənədlər göndərilib. Qərbi Azərbaycanın Qayıdış Konsepsiyası 10-a yaxın xarici dilə tərcümə olunub. Bu gün beynəlxalq təşkilatlarda Qərbi Azərbaycanla bağlı məlumat var. Amma dünyada davam edən erməni şovinizmi, erməni lobbisi, işğalçının arxasında duran Fransa kimi güclər, eləcə də Amerika olan bir sıra qüvvələrin təzyiqi ilə yenidən diqqəti Qarabağa, Xankəndidən könüllü gedən ermənilərin məsələsinə yönəldirlər. Halbuki, Azərbaycanın Konstitusiyası çərçivəsində dövlət başçımız onlara vətəndaşlıq təklif etdi. Onlara təhlükəsizlik qarantiyası verdi. Lakin onlar tərk etmək seçimini etdilər. Belə bir məsəl var, deyir, it motaldan əl çəkdi, motal itdən əl çəkmədi. Ermənilər könüllü olaraq Qarabağdan gediblər, amma erməni lobbisi, dünya erməniləri yenə də bu mövzudan əl çəkmirlər. Erməni xalqı revanşist qüvvələrin və Makron kimi bölücülərin qurbanına çevrilib. Məqsədləri isə soydaşlarımızı Qərbi Azərbaycandan vaz keçirməkdir. Bütün bunlara baxmayaraq, Qərbi azərbaycanlılar yolundan dönməyəcək və hər gün Qərbi Azərbaycana doğru bir addım da irəli gedəcək. Onların öz yurdlarına qayıtması üçün artıq geri sayım başlayıb. Bu məqsədlə prosesləri sürətləndirmək üçün parlamentin bütün gücündən istifadə ediləcək. Təşəbbüs Qrupu da buna görə yaradılıb. Onun gələcək yol xəritəsi Qərbi Azərbaycan İcmasının nizamnamə və əsasnaməsi üzərində qurulub”.

HİKMET.jpeg

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Qərbi Azərbaycana qayıdış prosesində mübarizəmiz üçün yeni bir mərhələdir:

“Qərbi Azərbaycan İcması qeyri-hökumət təşkilatıdır. Onun yeni forma və əhəmiyyət kəsb etməsi üçün xüsusi bir status lazım idi. Ona görə də belə bir addım atıldı. Parlament diplomatiyası bu işdə mühüm rol oynayacaq. Qrup üzvləri parlament diplomatiyası çərçivəsində həm təbliğatla məşğul olacaqlar, həm də Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıracaqlar”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
20
musavat.com

1Источники