RU

Böyük Britaniya səfirinin müavini jurnalistlərə hücum etdi

Böyük Britaniyanın Rusiyadakı səfirinin müavini Tom Dodd rusiyalı jurnalistlərin Moskvanın Vnukovo hava limanına gələn xarici diplomatlara sual vermək cəhdlərinə aqressiv reaksiya verib.

Gundem.az xəbər verir ki, bu barədə "Life" məlumat yayıb.

Bildirilir ki, bir gün əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğunun rəhbəri Kristofer Allan və onun müavini Lorreyn Fassi Moskvaya gediblər. Dodd onları Vnukovoda qarşılayıb.

Rus jurnalistlərin də getdiyi hava limanında Dodd əvvəlcə onlardan birinin nişanını qoparıb, daha sonra ona sual verən qadın jurnalisti itələyib.

Qeyd edək ki, Allan və Fassi Britaniya səfirliyinin işini yoxlamaq üçün Moskvaya gediblər. Bundan əvvəl diplomatik missiyanın altı əməkdaşının akkreditasiyadan məhrum edilməsi ilə bağlı qalmaqal yaşanıb.

Избранный
10
1
gundem.az

2Источники