RU

Azərbaycanda məktəblilər itkin düşdü - FOTO

Sumqayıtda iki məktəblinin itkin düşdüyü bildirilir.

Avtosfer.az xəbər verir ki, Sumqayıt məktəblərinin birində 8-ci sinif şagirdləri – A. Məmmədov və E. Quliyeva (şərti) itkin düşüblər. Bildirilib ki, onlar səhər saatlarında məktəbdən çıxaraq naməlum istiqamətdə gediblər.

Hazırda hər iki yeniyetmənin mobil telefonuna zəng çatmır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Onların tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarışlar və digər zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, itkin düşən yeniyetmələr sinif yoldaşıdırlar.

Избранный
13
18
avtosfer.az

10Источники