RU

Rusiyalı repçi həbs olundu

Rusiyalı repçi Quf bu gün səhər saatlarında Moskvada saxlanılıb.
 
7News.Az Rusiya mətbuatına istinadən bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılan müğənni bölməyə aparılıb. 

İddialara görə Quf küçədə tanımadığı bir xanımı incitməyə başlayıb. Qızın qardaşını köməyə çağırması ilə küçədə dava baş verib.
 
Nəticədə müğənni rəqibinin başına zərbə endirib və qulağını zədələyib.
 
Döyüldüyü anları lentə alan vətəndaş polisə müraciət edərək repçidən şikayətçi olub.

Araşdırma aparılır.
 
 
 
 7News.Az

Избранный
19
7news.az

1Источники