RU

İlham Əliyev Tatarıstanın “Dostluq” ordeni ilə təltif edildi


Prezident İlham Əliyev Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunub.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan dövlət başçısının Kazanda Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşü zamanı müvafiq Fərman oxunub.
“Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”, - Fərmanda qeyd edilib.
Azərbaycan Prezidenti belə yüksək mükafata görə təşəkkürünü bildirib.
Избранный
9
49
yeniavaz.com

10Источники