RU

PAŞA Kapital “SIBOS 2024” Beynəlxalq Konfransında Azərbaycanın ilk və yeganə investisiya şirkəti olaraq iştirak edir

Bakı. Trend:

Yerli kapital bazarlarının lider investisiya şirkəti PAŞAKapital, 21 - 24 oktyabr 2024-cü il tarixlərində Pekin şəhərindəkeçirilən və qlobal maliyyə sektorunun ən önəmli tədbirlərindənbiri olan “SIBOS 2024” Beynəlxalq Konfransında ölkəmizi təmsil edənilk və yeganə investisiya şirkəti olaraq iştirak edir.

SWIFT tərəfindən təşkil olunan dünyanın ən nüfuzlu maliyyəkonfranslarından sayılan “SIBOS 2024”-də 125-dən çox aparıcımaliyyə qurumları, investisiya şirkətləri və fintex bazarının əsasoyunçuları bir araya gəlir. Qeyd edək ki, bu konfrans, maliyyədünyasındakı yeni trendləri və qabaqcıl texnologiyaların tətbiqinimüzakirə etmək, həmçinin yeni əməkdaşlıq imkanları yaratmaq üçünxüsusi önəm kəsb edir.

PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri CeyhunHacıyev, bu konfransın maliyyə sektorunun gələcəyinə təsir edənstrateji trendlərin öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətinivurğulayaraq, deyib: “SIBOS 2024, yalnız maliyyə sahəsində qlobaltrendlərin müzakirə olunduğu bir konfrans deyil, eyni zamanda yeniəməkdaşlıq imkanları və qabaqcıl texnologiyaların maliyyə sisteminətətbiqi üçün vacib addımların atıldığı mühüm bir platformadır”.

Eyni zamanda o, “PAŞA Kapital olaraq bu konfransda iştirakımız10.000 nəfərdən çox maliyyə eksperti və lideri ilə qarşılıqlı əlaqəquraraq, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək vəgələcək maliyyə texnologiyalarının öyrənilməsi və tətbiqinə töhfəverəcəyinə inanırıq”, deyə əlavə edib.

“PAŞA Kapital”-ın xidmət və məhsulları barədə daha ətraflıməlumat üçün https://www.pashacapital.az/rəsmi saytına daxil ola və ya 1548 nömrəsi ilə əlaqə saxlayabilərsiniz.

Избранный
9
3
az.trend.az

4Источники