RU

Dünya kubokunun ən seksual azarkeşi indi nə işlə məşğuldur?

2022-ci ildə Qətərdə keçirilən dünya kubokunda şöhrət qazanan model və influenser İvana Knoll DJ-lik ilə dünyanı fəth etməyə davam edir.

Publika.az xəbər verir ki, 32 yaşlı gözəl 2023-cü ildən musiqi ilə məşğuldur. 2 il ərzində o, əhəmiyyətli irəliləyiş əldə edə bilib. İndi İvana (DJ Knoll Doll) ən böyük elektron musiqi festivallarına dəvət olunur. Tiesto ilə şəkil çəkdirir və onun Instagram auditoriyası artıq 2,9 milyon izləyiciyə çatıb.

Xorvatiyalı gözəlin ulduz sənətçilərə də çıxışı var. Çünki o, tez-tez məşhurların məclislərinə dəvət olunur. Məsələn, İvana bu yaxınlarda müğənni Şer və əfsanəvi "Backstreets Boys" qrupunun üzvləri ilə fotoşəkil yerləşdirib.

Gördüyümüz kimi, İvananın ən seksual azarkeş kimi tanındığı dünya kubokundan sonra karyerasında böyük inkişaf var.

Publika.az

Избранный
15
publika.az

1Источники