Demokrat.az xəbər verir ki, iki otaqdan ibarət mənzil şəhərin mərkəzi yerlərindəki binlaradan birində yerləşir.
Şəfəq bu mənzili almaqla qızı Ayana sürpriz edib. O evi "Barbie" üslubunda dizayn etdirib. Daha sonra dizaynı elə o tərzdə olan mebellərlə tamamlayıb.
Stilist bu barədə sosial şəbəkə hesabında bildirib. O bir müddət əvvəl Ayana ev almağı söz verdiyini deyib:
"Barbi"mə söz vermişdim ki, ona qəşəng ev alacağam. Sözümü tutdum. Sən bundan da yaxşılarına layiqsən. Bu evdə sağ-salamat yaşayasan. Həmişə arxandayam".
Məlumat üçün bildirək ki, stilist Şəfəq Novruz mərhum Xalq artisti Ramiz Novruzun qızıdır.