RU

Reper həbs olundu

Rusiyada Guf təxəllüsü ilə çıxış edən rusiyalı rep ifaçısı Aleksey Dolmatov Moskva yaxınlığındakı Aprelevkada dava etdiyi üçün saxlanılıb.

Oxu24.com xəbər verir  ki, bu barədə Mash Telegram kanalı yazır.

Bildirilir ki, musiqiçi qıza sataşıb, o, daha sonra qardaşına zəng edərək, yanına gəlməsini istəyib. Reperin ətrafı hadisələrin bu versiyasını təkzib edib.

Mənbənin sözlərinə görə, hadisə səhər tezdən baş verib və həmin vaxt sənətçi sosial şəbəkələrdə canlı yayımlar edib. Tamaşaçıların sözlərinə görə, xəsarət aldığı iddia edilən qızın qardaşı hadisə yerinə gələn zaman kişilər arasında dava düşüb, nəticədə reper gəncin qulağına zərbə endirərək əlini zədələyib. Qeyd olunur ki, zərərçəkmiş döyülmə anlarını lentə alıb və polisə ərizə yazıb.

Reperin lentə aldığı kadrlarda qızın qardaşının sərxoş olduğu iddia edilir.

 

Nigar

 

Избранный
12
oxu24.com

1Источники