RU

Yeni Marvel seriyasının yayım tarixi açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

“Daredevil: Born Again” haqqında xəbər var... Yeni Marvel serialının premyera tarixi açıqlanıb.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, şənbə günü New York Comic Con-da keçirilən paneldə verilən açıqlamada, “Daredevil: Born Again”in 4 mrt 2025-ci ildə 9 seriyalı ilk sezonu ilə tamaşaçılarla görüşəcəyi bildirilib. Serial Disney+-da yayımlanacaq.

“Daredevil: Born Again” filminin ulduzları Çarli Koks və Vincent D'Onofrio paneldə sürpriz çıxış ediblər.

Panel zamanı serial prodüseri və Marvel Studios-un istehsal və inkişaf meneceri Səna Amanat da səhnəyə çıxaraq “Daredevil: Born Again”in Nyu-Yorkda ilk sezonunun çəkilişlərindən danışıb. Bundan əlavə, serialın xüsusi önizləməsi tamaşaçılarla paylaşılıb.

“Daredevil: Born Again” filmində uşaq ikən qəza nəticəsində kor olan vəkil Mett Murdok haqqında danışılır. Görmə qabiliyyətini itirsə də, digər hissləri artmış Murdok gecələr Nyu-Yorkda ayıq-sayıq Daredevil kimi fəaliyyət göstərərkən gündüzlər ədalət uğrunda mübarizə aparır və vəkil işləyir.

Serialda Koks və D'Onofrio ilə yanaşı, Con Bernthal da “cəzalandırıcı” rolunu oynayır. Marqarita Levayeva, Deborah Ann Voll, Elden Henson, Zabrina Gevara, Nikki M. Ceyms, Genneya Uolton, Arti Frouşan, Klark Conson, Maykl Qandolfini, Ayelet Zurer, Con Berntal, Uilson Betel və Ceremi Erl serialda rol alan digər adlardır.

Epizodların rejissorları Maykl Kuesta, Ceffri Naçmanoff, David Boyd, Benson və Murheddir.

Избранный
26
hafta.az

1Источники