RU

Elnur Soltanov: "Azərbaycan üçün milli töhfələr sənədini hazırlayırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan üçün milli töhfələr sənədini hazırlayırıq. İqlim müzakirələrinin bel sütunu həmin sənəddir. İqlim fəaliyyət planları sözügedən sənəddə əksini tapıb. Azərbaycan üçün 2022-ci ildə nəqliyyat üzrə emissiya ümumi 61 milyon tondan çox olub".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, dünyanın iqlim böhranının əsas səbəbi iqlim həllərinin baha olmasıdır:
"Şirkətlər daha çox vəsait itirirlər. Ənənəvi həllər effektivdir. Hər kəs qəbul edir ki, dövlətlərin verdiyi vəsait iqlim böhranlarının həllinə kömək etmir. Dövlətlərin ayırdığı vəsait milyardlar olur. İqlim həllərinə trilyon dollarlar lazım olur, məsələn, 7-8 trilyon dollar. Dövlətin strateji və optimal qərarları ilə özəl sektora təşviqlər ayrılmalıdır. Sənaye sektorunun karbonsuzlaşdırılması çox çətin olacaq.
Dövlət üçün xərci az olan 2 sektor üzümüzü güldürə bilir: elektroenergetika və nəqliyyat. Elektroenergetika artıq ənənəvi həllərlə rəqabət aparacaq səviyyəyə gəlir. Dəmir yolu elektrikləşdirməyə ən uyğun olan sahədir. Biz xalis sıfır modellərin üzərində işləyirik. Azərbaycan əvvəlki öhdəliyi ilə müqayisədə çox iddialı olacaq. Bütün dünyada elektrikli maşınları ilə bağlı debatlar gedir. Elektrikli avtomobillərin faydalı iş əmsalı 70 faizə bərabərdir. Bu, ölkənin daha çox qənaət etməsi mənasına gəlir".
"Bizim üçün ən ciddi mövzu ədalətli keçiddir. Karbon emissiyalarını azaltmaq üçün daha ucuz maliyyə vasitələri tapmalıyıq", - deyə nazir müavini bildirib.
Məhərrəm Əliyev
Избранный
20
50
oxu.az

10Источники