RU

UNEC-də Səadət Qəndilova və Arif Şəkərəliyevin yubiley tədbiri keçirilib

UNEC-in tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, dosent Səadət Qəndilovanın və Əməkdar elm xadimi, UNEC-in professoru, “Şöhrət” ordenli Arif Şəkərəliyevin 75 illik yubileylərinə həsr olunan tədbir keçirilib. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov həyatını UNEC-lə bağlayan hər iki yubilyarın səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb.

Sonra UNEC-in Elmi Şurasının qərarı ilə universitetin tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilovaya uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinin 53 illiyi münasibəti ilə "UNEC-in Fəxri Professoru" diplomunu tədqim edib.

Rektor Ədalət Muradov professor Arif Şəkərəliyevdən danışaraq, bildirib ki ömrünün böyük bir hissəsini iqtisadiyyatın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən professor, onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir.

Tədbirdə iştirak edənlər dosent Səadət Qəndilova və professor Arif Şəkərəliyevin universitet həyatına verdiyi töhfələrdən danışıblar, onların keçdiyi şərəfli ömür yolundan söz açaraq, xatirələrini bölüşüblər.

Sonda prorektor Səadət Qəndilova və professor Arif Şəkərəliyev onlara ünvanlanan xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Избранный
6
7
sia.az

8Источники