RU

Beynəlxalq konfransda Fransanın Müstəmləkəçilik Siyasəti Pislənib

BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Fransa və Niderland müstəmləkələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası, Korsika, Mayot, Boner, Sen-Martin, eləcə də Qayanadan parlamentarilər, QHT və siyasi partiya rəhbərləri, ekspertlər, hüquqşunaslar, elm xadimləri, tədqiqatçılar, həmçinin İsveçrə, Rusiya və Qazaxıstanlı diplomatlar iştirak ediblər.

Eyni zamanda məşhur siyasi fəal və “Urgencies Panafricanist” təşkilatının prezidenti Kemi Seba da tədbirə qatılıb.

Konfrans iştirakçıları Fransa və Niderland müstəmləkəçiliyinin nəticələri olan ərazilərdəki cari vəziyyət, habelə insan hüquqlarının kobud pozuntuları haqqında ətraflı məlumat verib və BTQ-nin müstəmləkə zorakılığı altında boğulan xalqların səsini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

BTQ-nin İcraçı direktoru Abbas Abbasov Fransanın müxtəlif növ təzyiqlərinə baxmayaraq, rəhbərlik etdiyi təşkilatın əsarət altında olan xalqların səsi olmaqda davam edəcəyini həmçinin BTQ-nin nüfuzlu beynəlxalq platforma kimi daha da genişlənməni hədəflədiyini bildirib. Həmçinin o, Fransadan BTQ ilə əməkdaşlığa görə müstəqillik tərəfdarlarını təqib etməyi dayandırmağı tələb edib.

Məşhur panafrikanist Kemi Sebanın keçən həftə Fransa təhlükəsizlik qüvvələri tərəfindən qeyri-qanuni saxlanılması və 72 saat ərzində ona verilmiş işğəncələr barədə ətraflı məlumat verilib.

Konfrans iştirakçıları BMT və digər beynəlxalq təşkilatlara müstəmləkəçiliyin aradan qaldırlması istiqamətində əməli və təsirli addımlar atmağa çağırıblar.

Tədbirin sonunda iştirakçılar üzərində “Fransa müstəmləkəçiliyinə son!” yazılmış köynəklər geyinərək, Fransanın müstəmləkəçilik siyasətini pisləyən plakatlar qaldırıblar.

EDnews

Избранный
6
20
ednews.net

10Источники