RU

“Barselona” “Bavariya”, “Mançester Siti” “Sparta” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turuna yekun vurulacaq.

Msport.az xəbər verir ki, azarkeşlə son oyun günündə 9 qarşılaşmaya şahidlik edəcəklər.

Günün ən maraqla gözlənilən görüşü İspaniyada keçiriləcək. “Barselona” evdə “Bavariya”nı (Almaniya) qəbul edəcək. İngiltərənin “Mançester Siti” komandası isə doğma meydanda Çexiya “Sparta”sını sınağa çəkəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi

III tur

23 oktyabr

20:45. “Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya)

20:45. “Brest” (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Sparta” (Çexiya)

23:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

23:00. “Atletiko” (İspaniya) – “Lill” (Fransa)

23:00. “Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland)

23:00. “Zaltsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:00. “Yanq Boys” (İsveçrə) – “İnter” (İtaliya)

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin IV turuna noyabrın 5-də start veriləcək.

Избранный
12
2
msport.az

10Источники