RU

Kim Çen Inın bacısından bu iki ölkəyə sərt mesaj: Nəticələri dəhşətli olacaq!

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreya və Ukraynanı tənqid edərək ölkəsinə qarşı hərbi təxribatın dəhşətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Kim Yo-jonq Pxenyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərdiyi iddialarından sonra Seul və Kiyevi tənqid edib.

O, Cənubi Koreyanın ölkəsinə PUA-lar göndərməsinə "bağışlana bilməyən çirkin hərbi təxribat" şərhini verib:

"Nüvə silahlı dövlətə qarşı hərbi təxribat dünyanın heç bir ölkəsində siyasətçilərin və hərbi ekspertlərin belə təsəvvür edə bilmədiyi dəhşətli vəziyyətlərə gətirib çıxara bilər”.

Kim Ukrayna və Cənubi Koreya rəsmilərini “dəli” adlandırıb və bu ölkələrin nüvə silahı olan ölkələrə qarşı təzyiq etmək imkanı olmadan təsadüfi və ehtiyatsız ifadələr işlətdiklərini vurğulayıb. O həmçinin Kiyev və Seul “ABŞ tərəfindən yetişdirilən pis itlərdir”, - deyə bildirib.

Избранный
31
publika.az

1Источники