Bakı. Trend:
Ermənistan parlamenti “Ermənistan-Azərbaycan SərhədlərininDelimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti”haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Trend bu barədə erməniKİV-lərinə istinadən xəbər verir.
Qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilmişiclasında qəbul olunub.
Qeyd olunub ki, 67 deputat qanun layihəsinin lehinə səs verib.Bitərəf və əleyhinə səs verənlər olmayıb.