RU

İsrail ordusu daha bir “Hizbullah” liderinin öldürüldüyünü təsdiqlədi


İsrail ordusu “Hizbullah” təşkilatının icra şurasının rəhbəri Haşim Safi əd-Dinin öldürüldüyünü rəsmən elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, hərəkatın keçmiş lideri Həsən Nəsrullahın öldürülməsindən sonra baş katib postuna əsas namizəd olub.
“İndi təsdiq edə bilərik ki, təxminən üç həftə əvvəl həyata keçirilən zərbə nəticəsində “Hizbullah” terror təşkilatının icra şurasının rəhbəri Haşim Səfi əd-Din və “Hizbullah”ın kəşfiyyat qərargahının rəhbəri Hüseyn Əli əz-Zeymə digər “Hizbullah” komandirləri ilə birlikdə Beyrutdakı Dahiya bölgəsində öldürülüb”, - deyə mətbuat xidməti bildirib.
İsrail ordusu qeyd edib ki, ümumilikdə bu zərbə nəticəsində təşkilatın silahlı birləşmələrinin 25 üzvü öldürülüb.
Qeyd edək ki, oktyabrın 3-də İsrail ordusu Beyrutda “Hizbullah”ın kəşfiyyat qərargahına hava hücumu təşkil etdiyini açıqlayıb. “Ynet” portalının o zaman xəbər verdiyi kimi, hücum zamanı İsrail qırıcıları hədəflərə 73 ton sursat atıblar. Zərbənin ehtimal olunan əsas hədəfinin Nəsrullahın ehtimal varisi kimi görünən və onun əmisi oğlu olan Haşim Safi əd-Din olduğu iddia edilib. Həmin zərbədən sonra Safi əd-Dinlə əlaqənin kəsildiyi və öldüyü bildirilsə də, hələ də onun ölümünün rəsmi təsdiqi yox idi.
Избранный
2
1
yeniavaz.com

2Источники