UNEC-intələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, dosent Səadət Qəndilovanın və Əməkdar elm xadimi, UNEC-in professoru, “Şöhrət” ordenli Arif Şəkərəliyevin 75 illik yubileylərinə həsr olunan tədbir keçirilib.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov həyatını UNEC-lə bağlayan hər iki yubilyarın səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb.
Sonra UNEC-in Elmi Şurasının qərarı ilə universitetin tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilovaya uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinin 53 illiyi münasibəti ilə "UNEC-in Fəxri Professoru" diplomunu tədqim edib.