RU

IMF-nin icraçı direktoru iqlim davamlılığı üçün maliyyə islahatlarını müzakirə edib

COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva iqlim davamlılığı üçün maliyyə islahatlarını müzakirə edib. SİA xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, maliyyə naziri Samir Şərifov iştirak edib.

Tərəflər iqlim davamlılığı üçün maliyyə islahatlarını və həllərini genişləndirməyi müzakirə edib.

Qeyd edilib ki, müzakirələr dayanıqlı, iqlimə uyğun inkişafı təmin etmək üçün qlobal maliyyə sistemlərini COP29 məqsədləri ilə uzlaşdırmağa yönəlib.

Избранный
2
5
sia.az

7Источники