RU

Göyçay sakini avtomobildə bıçaqlanaraq öldürüldü - FOTO

Oktyabrın 22-si saat 21 radələrində Göyçay rayonu ərazisində 1985-ci il təvəllüdlü Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Avtosfer.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla 1987-ci il təvəllüdlü Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

**

Göyçayda qətl hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Potu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlu kəsici alətlə qətlə yetirilib. Qətlə yetirilən Asif Eminov Göyçayda Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının sürücüsü olub.

Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Mənsimov isə Mingəçevir şəhər sakinidir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Göyçayda

Избранный
16
avtosfer.az

1Источники