RU

Qazaxıstan Trans-Əfqanıstan dəhlizi ilə yüklərin tranzitində maraqlıdır

Bu ilin səkkiz ayının yekunlarına görə, Qazaxıstanla Əfqanıstan arasında ticarət dövriyyəsi 330,7 milyon dollar təşkil edib ki, bunun da 316,5 milyon dolları Qazaxıstan mallarının ixracının payına düşüb.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarin Almatıda keçirilən Qazaxıstan-Əfqanıstan biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il Qazaxıstan Əfqanıstan bazarına 7,5 milyon tona qədər buğda ixrac etmək niyyətindədir. Logistika zəncirinin mühüm həlqəsi Beyneu taxıl terminalının istifadəsi olacaq ki, bu da Türkmənistan sərhədi boyunca yükdaşımaları sürətləndirəcək.

“Şimal-Cənub” nəqliyyat dəhlizi Fars körfəzinin limanlarında son təyinat yeri və Hindistana daha asan çıxış imkanı ilə geniş perspektivlər açır və ölkələrimiz üçün iqtisadi inkişafın mühərriklərindən birinə çevrilə bilər. Biz ixrac mallarının Trans-Əfqanıstan dəhlizi ilə tranzitində maraqlıyıq. Pakistanın dəniz limanları vasitəsilə Yaxın Şərqin, Cənub-Şərqi Asiya ölkələrinin, Hind okeanının bazarları bizim üzümüzə açılır”, - deyə S.Jumanqarin vurğulayıb.

Forumda müxtəlif sənaye sahələrini - nəqliyyat, neft istehsalı, xalçaçılıq, kənd təsərrüfatı və bank sektorunu təmsil edən Əfqanıstan şirkətlərinin 170 nümayəndəsi iştirak edir. Almatıda 70 şirkətin iştirak etdiyi Əfqanıstan mallarının sərgisi də açılıb.

Forumun yekununa dair ümumi dəyəri 50 milyon ABŞ dollarından çox olan ticarət sazişlərinin imzalanması gözlənilir ki, bu da yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsinin 3 milyard dollara çatması istiqamətində mühüm addım olacaq.

Избранный
9
1
avtosfer.az

2Источники