RU

Vasif Məhərrəmli psixoloqların qonorarının çoxluğundan GİLEYLƏNDİ

Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi qonorardan danışıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, müğənni "İncə səhər" proqramında başına gələn hadisədən söz açıb. 

"Bir dəfə klinikalardan birində müayinəyə getdim: ürək, yoxlanış. Sonda məsləhət gördülər ki, psixoloqa get.

Dedim, ehtiyacım yoxdur. Sonda razılaşdım. Girdim, bir kişi idi. Salam verdi, dedim salam. Soruşdu "necəsən?", cavab verdim ki, yaxşı. Deyir, "Hər şey qaydasındadır?", dedim hə. Çıxdım, çek göstərdilər ki, ödəniş edin: bu 50, filan yoxlanış 70, psixoloq 100 manat. Dedim, bu, nə edib ki? Məndən ancaq hal-əhval tutdu", - deyə V.Məhərrəmli əlavə edib.


Bizim.Media

Избранный
11
2
bizim.media

5Источники