RU

Bu müğənni “Ayaks”la oyundan öncə "Qarabağ" üçün konsert verəcək

Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçından əvvəl konsert keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Konsertin Saat 18:45-də Tofiq Bəhramov adına Respublika Stadionunun A girişində Mərdan Kazımovun iştirakı ilə canlı baş tutacağı bildirilir.

"Qarabağ" - "Ayaks" oyunu 24 oktyabr saat 20:45-də start götürəcək.

Избранный
19
8
sportinfo.az

10Источники