RU

Asiya Çempionlar Liqası: Ronaldulu "Əl-Nəsr" qələbə qazanıb

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Asiya Çempionlar Liqasının III turunda qələbə qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, Stefano Piolinin rəhbərlik etdiyi komanda doğma meydanda İranın “İstiqlal” klubuna 1:0 hesabı ilə qalib gəlib.

"Əl-Nəsr"in yeganə qolunu 81-ci dəqiqədə Emerik Laport rəqib qapısından keçirib.

Qeyd edək ki, Ronaldu bu görüşdə iştirak edib.

"Cebheinfo.az"

Избранный
11
2
cebheinfo.az

3Источники