RU

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.

 

Sfera.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə rumıniyalı Denis Florin Mihai ilə üz-üzə gəlib.

 

9:0 hesabı ilə qələbə qazanan Quluzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Qeyd edək ki, mundial oktyabrın 27-də başa çatacaq.

Избранный
3
15
sfera.az

10Источники