RU

“Ayı Paddinqton” Britaniya pasportu aldı


Böyük Britaniyanın Daxili İşlər Nazirliyi “Paddinqtonun macəraları” kitab və film seriyasından olan ayı balasına Britaniya pasportu verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Biz Nazirliyə yazdıq ki, Paddinqtona pasportunun surətini verə bilərlərmi və onlar həqiqi pasport verdilər. Kimin ağlına gələrdi ki, DİN-in yumor hissi var, amma o, rəsmi olaraq ayı kimi qeydə alınıb”, – ayı balası haqqında yeni filmin prodüseri Rob Silva deyib.
Balaca Ayı 2024-cü ilin noyabrında vizyona girəcək “Paddinqtonun macəraları” filminin üçüncü hissəsində xalasına baş çəkmək üçün Peruya getmək üçün pasport alıb. Pasportunda o, 25 iyunda Peruda naməlum ildə anadan olmuş Britaniya vətəndaşı “Paddington Brown” kimi qeyd edilib.
Qeyd edək ki, “Paddinqtonun macəraları” dünyanın ən uğurlu film franşizalarından biridir.
Избранный
27
yeniavaz.com

1Источники