RU

Mirzoyan Karpenter ilə Qafqazda təhlükəsizlik məsələlərini müzakirə etdi


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter İrəvanda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublikanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, XİN rəhbəri Ermənistan Respublikasının Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri qeyd edib və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində son müzakirələrə toxunub:
“Bu kontekstdə nazir Mirzoyan Ermənistanın regionda sabit sülhə nail olmaqda maraqlı olduğunu vurğulayaraq əlavə edib ki, bu gündəm onun Azərbaycanla tezliklə sülh müqaviləsini imzalamağa hazır olması ilə açıq şəkildə ifadə olunub”.
Избранный
17
6
yeniavaz.com

7Источники