RU

Ermənistan sakinlərinin 56 faizi Türkiyə ilə sərhədin açılmasına qarşı çıxıb –SORĞU

Ermənistanda keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 56%-i Ermənistan-Türkiyə sərhədinin açılmasına qarşı çıxıb.

Azpost.info bildirir ki, rəy sorğusunun nəticələrini Beynəlxalq Respublikaçılar İnstitutu açıqlayıb.

Sorğu Brevis analitik təşkilatı tərəfindən sentyabrın 13-25 tarixlərində keçirilib.

Sorğuda Ermənistanın 1500 sakini iştirak edib.

Respondentlərə “Türkiyə ilə sərhədin açılmasının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?” sualı verilib.

Respondentlərin 56%-i Ermənistan-Türkiyə sərhədinin açılmasının əleyhinə çıxıb.  Onlardan 46%-i sərbəst giriş-çıxışın təhlükəli vəziyyət yaradacağını qeyd edib.

 

Избранный
22
azpost.info

1Источники