RU

MDB Parlamentlərarası Assambleyasının komissiya iclası keçirilib

Oktyabrın 22-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü - deputat Bəxtiyar Əliyev iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formatda keçirilən iclasda MDB-nin iştirakçısı olan dövlətlər üçün "Elmi və elmi-texniki fəaliyyət haqqında”, "Elmi, elmi-texniki və innovativ fəaliyyətin dəstəklənməsi üçün fondlar haqqında”, "Süni intellekt texnologiyaları haqqında", “MDB üzvü olan dövlətlər üçün Ekoloji Təhsilin Model Konsepsiyasının layihəsi haqqında” və digər model qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

İclasda, həmçinin təşkilati məsələlərə də baxılıb, Milli Məclisin deputatı Bəxtiyar Əliyev yenidən komissiya sədrinin müavini vəzifəsinə seçilib.

Избранный
3
2
yeniazerbaycan.com

3Источники