RU

Bir yaşlı Nilayın köməyə ehtiyacı var

2023-cü il təvəllüdlü Nilay Qara qızı Həmzəyeva ağır yanıq xəsarətləri alıb.

Bu barədə hakimiyyet.az-a onun anası Səidə Həmzəyeva məlumat verib.

O qeyd edib ki, hadisə 10 gün əvvəl ehtiyatsızlıq səbəbi ilə baş verib:

"Həyətdə yemək bişirmək üçün su qaynadırdım. Bu zaman Nilay qazanı üzərinə dartdı. O, ağır yanıq xəsarətləri alıb. İmkanımız olmadığı üçün xəstəxananı müalicə bitmədən tərk etdik. Amma onun vəziyyəti gündən-günə ağırlaşır. Bütün günü ağlayır, ağrıya dözə bilmir. Sarğıları dəyişməli, mazlar alınmalıdır. Bunun üçün bizə 800 manat pul lazımdır. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar".

Ailə ilə əlaqə üçün: (055) 896-73-23

Избранный
2
3
hakimiyyet.az

4Источники