RU

Peşə məktəblərində təhsil alanların köçürülməsi və bərpası prosesinə başlanılıb

Bakı. Trend:

2024/2025-ci tədris ilinin birinci yarısı üzrə peşəməktəblərində təhsil alanların köçürülməsi və bərpası prosesinəbaşlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki, müraciət etməkistəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxilolduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətiniseçə bilərlər.

Müraciətlər oktyabrın 31-i saat 18:00-dək qəbul ediləcək.

Təhsil müəssisəsini və ya ixtisasını dəyişən və peşə məktəbinəbərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davametdirə bilərlər. Bu qayda eyni ixtisas üzrə təhsil müəssisəsinidəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığıixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı haldaixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxisolunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabınatəhsil alan şəxslərə şamil olunmur. Təhsil haqqı tədris olunanixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir.

İlk peşə təhsili səviyyəsi üzrə təhsil alan və texniki peşətəhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrintəhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulubitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edəbilərlər.

Избранный
2
7
az.trend.az

9Источники