41 yaşlı Nina Manro qrip olduğu üçün həkimə gedib və dərmanla yanaşı həkimin tövsiyə etdiyi kimi, su qəbuluna başlayıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Nina günə 4 litr su içməklə tez sağalmaq istəyib. Nəticədə onun orqanizmində duz və kaliy o dərəcədə enib ki, xəstə qıcolmalarla hospitəlizə edilib.
5 gün reanimasiyada qalan Ninanı güclə ölümün cəngindən xilas edə biliblər.
Həkimlər pasiyentin sağ qalmasını "möcüzə" adlandırıb.
Nina isə başına gələnlərdən hələ də şok keçirir:
“Mən hər saat 1-2 stəkan su içirdim. Mənə elə gəlirdi ki, nə qədər çox içsəm, o qədər yaxşıdır. Həkim də demişdi, bacardıqca su iç. Mən də içdim. Suyun zərərli olacağını bilmirdim”.
Aygün Musayeva, BakuPost