RU

Rusiya Ukraynada bir yaşayış məntəqəsini ələ keçirib

 

Rusiya ordusu Novosadovoye yaşayış məntəqəsini nəzarət altına aldı.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynada müharibədəki fəaliyyəti barədə məlumat verilib.

Rus ordusunun Ukraynadakı irəliləyişinin davam etdiyi bildirilən açıqlamada "Qərb Hərbi Qrupu birlikləri aktiv fəaliyyətləri nəticəsində Donetsk Xalq Respublikasının Novosadovoye yaşayış məntəqəsini azad etdi" ifadəsi işlədilib.

Son 24 saat ərzində 142 ərazidə Ukrayna əsgərləri və hərbi texnikasının yerləşdiyi nöqtələrin təyyarə, pilotsuz uçuş aparatı (PUA), artilleriya və raket birlikləri ilə vurulduğu qeyd edilən açıqlamada Ukraynaya məxsus 77 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib. Müharibənin başlanğıcından bəri Ukrayna ordusuna məxsus 646 təyyarə, 283 helikopter, 34 min 95 PUA, 583 hava hücumundan müdafiə raket sistemi, 18 min 753 tank və zirehli texnika, 1478 çox lüləli raket sistemi, 16 min 530 obüs və minaatan, eləcə də 27 min 468 xüsusi hərbi texnikanın məhv edildiyi qeyd edilib.



Избранный
5
trt.net.tr

1Источники