RU

Su basmış tuneldən ikinci şəxsin meyiti çıxarıldı - YENİLƏNİB+VİDEO

Su basmış tuneldən ikinci şəxsin meyiti çıxarıldı - YENİLƏNİB+VİDEO

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Baş Prokurorluqdan isə bildirilib ki, sözügedən tuneldə daha bir cəsədin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.***Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb.Bu barədə AFN.az-a FHN-dən məlumat verilib.Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı barədə məlumat yayılıb. Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir. Güclü yağış nəticəsində tunelə su dolub, avtomobil suyun altında qalıb. Həmin şəxslərin də batan avtomobildə olduğu bildirilir.

Избранный
28
8
afn.az

10Источники