RU

Blinkenin Yaxın Şərqə səfər: Ağ Ev böyük müharibədən ehtiyatlanır

ABŞ dövlət katibi Entoni Blinken İsrailə rəsmi səfər edib.

“Cebheinfo.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Qəzzada müharibəyə son qoymaq, eləcə də bəzi regional məsələlərlə bağlı Yaxın Şərq ölkələrinə səfər turuna başlayıb. Dövlət katibi ilk səfərini İsrailə edib.

Agentliyin məlumatına görə, Entoni Blinkenin İsrail rəsmiləri ilə Qəzzada və Livanda hazırki vəziyyəti, o cümlədən İranın oktyabrın 1-də İsrailə raket hücumuna Təl-Əvivin potensial adevkat tədbirlərini müzakirə edəcəyi gözlənilir.

Dövlət Departamenti bəyan edib ki, Blinkenin oktyabrın 21-25-də Yaxın Şərqə səfər ABŞ-nin regionda sülh və təhlükəsizliyin qorunmasına sadiqliyini bir daha təsdiq edəcək.

“Dövlət katibi Qəzzada müharibənin dayandırılması, girovların azad edilməsi və mülki şəxslərə yardım üçün təcili humanitar yardımın çatdırılması ilə bağlı məsələləri gündəmə gətirəcək”, – deyə Dövlət Departamentinin rəsmisi bildirib.

Eyni zamanda, Blinken rəsmi səfərdən öncə öz “X” hesabında qeyd edib ki, onun İsrailə və regionun digər ölkələrinə səfərinin məqsədi Qəzzada müharibəyə son qoymaq, girovların azad edilməsi və Fələstin xalqının hüquqlarının qorunması ilə bağlı müzakirələri davam etdirməkdir. Blinken İsraildən sonra İordaniya və Qətərə səfər edəcək.

Qeyd edək ki, Qəzzada müharibənin dayandırılması üçün ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlar bu günə kimi heç bir nəticə verməyib. Böyük ehtimalla, Blinkenin Yaxın Şərqə növbəti səfəri də o qədər ciddi nəticəyə gətirib çıxarmayacaq. Çünki İsrail SEPAH-a bağlı proksi qüvvələri qarşı müharibəni davam etdirməkdə qərarlıdır.

Bu baxımdan, İsrail ordusunun HƏMAS və "Hizbullah"a qarşı hərbi əməliyyatları bir müddət də davam edəcək.

Hesab etmək olar ki, Entoni Blinkenin Yaxın Şərqə səfərinin mahiyyəti İsraili İrana hücum etmək planlarından yayındırmaq və ehtimal olunan regional müharibənin qarşısını almaqdır.

 

Избранный
21
cebheinfo.az

1Источники