RU

Abşeron rayonunun 99%-i yüksəksürətli internetlə əhatə edildi - Fotolar

“Aztelekom” MMC Abşeron rayonunun Hökməli, Qobu, Yeni Qobu, Yuxarı Güzdək, Atyalı, Aşağı Güzdək, Pirəkəşkül, Çaylı, Qobustan, Masazır, Saray, Ceyranbatan, Novxanı, Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədli qəsəbələrində və Xırdalan şəhərində, həmçinin Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələrində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. 146,000-ə yaxın ev təsərrüfatı və biznes subyekti yüksəksürətli və genişzolaqlı internet xidmətləri ilə əhatə edilib. Hazırda 50,000-dən çox abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (100 Mbit/s-dən 250 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 25 AZN-dən 44 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (Xırdalan, Mərkəzi EATS, ünvan: M.Ə.Rəsulzadə 5 tel.: 342-33-00), həmçinin qurumun www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

2024-cü ilin 9 ayı ərzində Azərbaycanda 1 milyondan çox ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə ölkədə 2,9 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə çərçivəsində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə edən ev təsərrüfatı və biznes subyektlərinin sayı artaraq 99,1%-ə yüksəlib.

 






Избранный
6
9
qafqazinfo.az

10Источники