RU

Bu il SOCAR Gürcüstanda qazlaşdırmanı 88 faizə çatdırmağı planlaşdırır

Bakı. Trend:

“SOCAR Georgia Gas”ın və Gürcüstan hökumətinin birgə fəaliyyətinəticəsində Gürcüstanda qazlaşdırma səviyyəsinin 2024-cü ilinsonuna 88 faizə çatdırılması gözlənilir.

Bu barədə Trend SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişafhaqqında hesabatına istinadən xəbər verir.

Məlumata görə, 2008-ci ildə bu göstərici 46 faiz səviyyəsindəolub. Aparılan işlər nəticəsində 2009-cu ildə sayı 71 min olanabonentlərin sayı 2023-cü il dekabrın 31-nə olan tarixə görə 870minə çatdırılıb. Bundan əlavə, 2007-2023-cü illər ərzində şirkəttərəfindən 11,2 min kilometrə qədər yeni qaz kəmərləriquraşdırılıb.

Qeyd edək ki, “SOCAR Energy Georgia” MMC Gürcüstan bazarındaneft və qaz məhsullarının idxalı, topdan və pərakəndə satışı,habelə təbii qazın paylanması məqsədilə 2006-cı ildə təsis edilmişvə SOCAR tərəfindən xarici ölkədə açılmış ilk şirkətdir. Şirkətdost ölkədə ən iri sərmayəçi və vergi ödəyən şirkətlərdənbiridir.

Topdan və pərakəndə fəaliyyəti ilə yanaşı, “SOCAR EnergyGeorgia” tərəfindən yanacaqdoldurma məntəqələrinin (YDM) inşası vəistismarı, neft məhsulları terminalları və nəqliyyat vasitələri ilətəchizat, idxal əməliyyatlarının həyata keçirilməsi kimifunksiyalar da yerinə yetirilir. Sadalanan fəaliyyət növlərinihəyata keçirmək üçün “SOCAR Georgia Gas”, “SOCAR Georgia Petroleum”və “SOCAR Georgia Security” kimi hüquqi cəhətdən tam olaraq “SOCAREnergy Georgia”ya məxsus olan törəmə şirkətlər yaradılıb.

“SOCAR Georgia Petroleum” 13 xidmət mərkəzi və 4 neft məhsullarıterminalına malikdir. YDM-də mayeləşdirilmiş təbii qaz (LPG),sıxılmış təbii qaz (CNG), dizel yanacağı və müxtəlif oktanlı yüksəkkeyfiyyətli benzin satılır. Şirkətə məxsus YDM-də satılan dizelyanacağı və benzin Avropa ölkələrindən idxal olunur və tam olaraq“Avro-5” (Euro 5) standartlarının tələblərinə uyğundur.

Həmçinin, Gürcüstanda ilk dəfə olaraq elektrik enerjisi iləişləyən avtomobil sahibləri ölkənin əsas yollarında və Tbilisişəhərində şirkətin 15 YDM-də 19 nöqtədə öz maşınlarını elektrikenerjisi ilə təmin edən aparatlardan yararlanırlar. 2021-ci ildəbir YDM-də maksimum gücü illik 39,6 kilovatt, 2023-cü ildə isə gücü28 kilovatt olan günəş panelləri stansiyası quraşdırılaraqistismara verilib. Hər iki stansiyada istehsal olunan 74 minkilovat/saat elektrik enerjisi müəssisənin daxili tələbatı üçünistifadə edilib. Hazırda şirkətin 4 obyektində analoji olaraq,illik gücü 1,7 meqavatt təşkil edəcək stansiyaların qurulması üzrəlayihələndirmə işləri aparılır.

Məqalədə:
Избранный
11
6
az.trend.az

7Источники