RU

"Livanda sabitlik pozulub və ölkə tamamilə dağıla bilər" - Fransa müdafiə naziri

 
"İsrail Müdafiə Ordusu hərbi əməliyyatlar zamanı heç də həmişə təhlükəsizlik tədbirləri görmür, hətta BMT qüvvələrinə birbaşa zərbə endirir..."
 
"Atəşkəs bizim kollektiv təhlükəsizliyimiz üçün son dərəcə zərurətə çevrilib".
 
Moderator.az xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornyu ölkənin LCI telekanalının efirində bəyan edib. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
 
"Bizim mövqeyimiz başlıca olaraq Livanda vətəndaş savaşının qaçılmaz olduğu qarşısında qorxuya əsaslanıb", - o, deyib və böyük sayda əhalinin yerdəyişməsinə və bu fonda qızışan konfessiyalararası münaqişələrə diqqət çəkib.
 
Bundan başqa, Lekornyunun fikrincə, "Hizbullah"ın zəifləməsi vəziyyətə güclü təsir göstərir.
 
"Bu, əlbəttə ki, yaxşı xəbərdir, biz bunu inkar etmirik. Amma bununla yanaşı, Livanda hazırda qeyri-sabitlik hökm sürür və ölkə tamamilə dağıla bilər", - müdafiə naziri qeyd edib.
 
"Livanda vətəndaş savaşına yol verməmək bizim məqsədimiz deyilmi? Əlbəttə, məqsədimizdir. Biz Livanda vətəndaş savaşının qarşısının alınmasına bu qədər qüvvə və vəsait yönəldən azsaylı Qərb ölkələrindən deyilikmi? Heç şübhəsiz, bu da həqiqətdir", - o, vurğulayıb.
 
Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin "mavi dəbilqələri"nə gəldikdə, Sebastyan Lekornyu "İsrail Müdafiə Ordusunun o cümlədən hərbi əməliyyatlar zamanı heç də həmişə zəruri təhlükəsizlik tədbirlərinin görməməsindən" təəssüfünü ifadə edib.
 
"Ötən həftə BMT-nin bu qüvvələrinə İsrail Müdafiə Ordusu tərəfindən birbaşa zərbə endirilib", - o, xatırladıb.
 
Fransa nazirinin fikrincə, "müəyyən sayda terrorçuların neytrallaşdırılması yolu ilə taktiki qələbələrin ardıcıllığı İsrail dövləti üçün orta və uzunmüddətli perspektivdə aydın və avtomatik perspektivlər demək deyil".
 
Oktyabrın 24-də Parisdə Livan üzrə beynəlxalq konfrans keçiriləcək. Bu tədbirdə humanitar məsələlərdən başqa, xüsusilə Litani çayından cəbunda "Livanın suverenliyinin təmin edilməsi" üçün Livan ordusuna vəsaitlərin ayrılması məsələsi də müzakirə ediləcək.
 
Livanın müvəqqəti baş naziri Nəcib Mikati bəyan edib ki, o, konfransda ordu və daxili təhlükəsizlik qüvvələri üçün yardım istəmək niyyətindədir.
Избранный
22
moderator.az

1Источники