RU

Veysəloğlu Şirkətlər Qrupu “Hyper Fast Growth” beynəlxalq mükafatına layiq görülüb

Bakıda keçirilən “SAP Discovery Day Baku” tədbirində Veysəloğlu Şirkətlər Qrupu mötəbər “Hyper Fast Growth” mükafatını qazanıb. Mükafatlandırma zamanı Şirkətlər Qrupunu Rəqəmsal Transformasiya Direktoru Anar Allahverdiyev təmsil edib. Bu mükafat sürətli və dayanıqlı inkişafı təşviq edən təşkilatlara təqdim olunur və şirkətin biznes mühitindəki innovativ yanaşması ilə fərqləndiyini göstərir.
XALQ.AZ məlumat verir ki, tədbir çərçivəsində texnologiya və rəqəmsallaşma sahəsində qabaqcıl həllər, biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsal transformasiya trendləri müzakirə edilib. Veysəloğlu Şirkətlər Qrupu əldə etdiyi bu mükafatla sürətlə böyüyən, müasir texnologiyalardan istifadə edərək rəqəmsal transformasiyaya mühüm önəm verən şirkət olduğunu bir daha sübut edib.
Veysəloğlu Şirkətlər Qrupu rəhbərliyi bu mükafatı qazanmağın şirkətin gələcəkdəki fəaliyyətlərinə motivasiya verəcəyini və müştəri yönümlü yanaşma ilə inkişafı davam etdirmək üçün strateji addımlar atacaqlarını qeyd edir.
“SAP Discovery Day Baku” tədbiri regionda qabaqcıl texnologiya həlləri və rəqəmsal innovasiyaların təşviq edilməsi məqsədilə hər il keçirilir. Veysəloğlu Şirkətlər Qrupunun belə nüfuzlu bir platformada mükafat qazanması şirkətin liderlik mövqeyini daha da gücləndirir.
Veysəloğlu Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən SAP komandası bu uğura mühüm töhfə verib. Komanda Veysəloğlu MMC və Araz Supermarket MMC şirkətlərində SAP həllərini uğurla tətbiq edərək, rəqəmsal transformasiya yolunda əhəmiyyətli nailiyyətlər əldə edib.
Избранный
10
1
xalq.az

2Источники