RU

Sabunçudakı tuneldə batan bir nəfərin cəsədi sudan çıxarılıb, digər şəxs axtarılır - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhərinə yağan güclü yağış nəticəsində Sabunçu qəsəbəsini şəhərlə birləşdirən tuneli su basıb və içərisində iki sərnişinin olduğu bir avtomobil tuneldə batıb.

Qeyd edək ki, onlardan birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

Həmin şəxsin 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu olduğu bildirilir.

Verilən məlumata görə, digər şəxsin axtarışları davam edir.

"AzPolitika.info"


Избранный
19
azpolitika.info

1Источники