RU

"Hizbullah" Təl-Əvivdəki kəşfiyyat bazasına hücum edib

"Hizbullah" İsrailin paytaxtı Təl-Əvivə raketlərlə hücum edib.

"AzPolitika"xəbər verir ki, "Hizbullah" tərəfindən verilən yazılı açıqlamada İsrail Hərbi Kəşfiyyatının Glilot bazasının  bombalandığı bildirilib.

Açıqlamada, sözügedən hücumun Qəzza zolağında qətiyyətli Fələstin xalqına və onların şərəfli müqavimətinə dəstək olmaq, Livan və xalqını müdafiə etmək, İsrailin həyata keçirdiyi hücum və qırğınlara cavab olaraq həyata keçirildiyi vurğulanıb. 

İsrail mətbuatı Livandan ölkənin müxtəlif bölgələrinə 20 raket atıldığını, raketlərin bir hissəsinin İsrail hava hücumundan müdafiə sistemi “dəmir günbəz” tərəfindən məhv edildiyini, bəzilərinin isə boş ərazilərə düşdüyünü bildirib.

Yerli mətbuatın məlumatına görə, hücumlar nəticəsində ölən və yaralanan olmayıb.

"AzPolitika.info"

Избранный
10
2
azpolitika.info

3Источники