RU

"Qazprom"un yeni rəhbəri azərbaycanlı olacaq: Kadr dəyişiklikləri başlayır

“Qazprom”un rəhbərliyində “əhəmiyyətli” kadr dəyişikliklərinə başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın Telegram kanalları məlumat yayıb.

Şirkətin 62 yaşlı rəhbəri Aleksey Millerin səhhətinə görə tezliklə dövlət korporasiyasına rəhbərlik edə bilməyəcəyi deyilir və onun xələfinin müavini, əslən azərbaycanlı Famil Sadıqovun olacağı proqnozlaşdırılır.

Həmçinin bildirilir ki, Sergey İvanin “Qazprom Gazonefteproduct Holding”in rəhbəri vəzifəsini tərk edir. Bu şirkət illik iki milyarda yaxın gəlir gətirən əsas şirkət "Qazprom"un güclü törəmə şirkətidir.

Məlumata görə, “tezliklə” İvanindən sonra növbə “Qazprom”da aparıcı vəzifə tutan və yüksək reputasiyaya malik Yelena Sekarinaya çatacaq.

Избранный
9
5
publika.az

7Источники