RU

Türkiyədə qurulan İran şirkətlərinin sayı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə İran kapitalı ilə264 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü iləmüqayisədə 310 şirkət azdır.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərininməcmu kapitalı 277 milyon 20 min türk lirəsi olduğu halda, 2023-cüilin eyni dövründə bu rəqəm 572 milyon 410 min türk lirəsi təşkiledib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabrayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (240) qeydiyyataalınıb.

“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı256 milyon 120 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeydedilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədəİran kapitalı ilə 114 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Избранный
6
22
az.trend.az

10Источники