RU

Sürücü avtobusda qaydaları pozdu: Sərnişinlərin etirazına məhəl qoymadı

Bakıda daha bir avtobusda xoşagəlməz hal yaşanıb.

Bu barədə “Cebbheinfo.az”-a şikayət daxil olub. Belə ki, 77 JP 136 qeydiyyat nömrəli 29 nömrəli marşrutun sürücüsündən şikayət var. Sərnişinlər sözügedən avtobusun sürücüsünün yolboyu telefonla danışdığını deyirlər. Onlar həmin anın fotolarını da çəkiblər.

Sərinişinlərin sözlərinə görə, bu gün səhər 10:20-dən etibarən həmin sürücü yol hərəkəti qaydalarını pozaraq yarım saatdan çox mobil telefonla danışaraq avtobusu idarə edib. Konkret olaraq, Biləcəridən “Qurd qapısı”na qədər olan məsafədə danışığın davam etdiyini söyləyiblər.

Sərnişinlər etirazlarına rəğmən, sürücünün onlara məhəl qoymadığını iddia ediblər.

Избранный
10
cebheinfo.az

1Источники