RU

İki ölkə arasında maraqlı barter: Kətan toxumu verib ütü aldılar

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ural bölgəsində Çinlə ilk barter müqaviləsi böyük maraq doğurdu.

Hafta.az-ın “Noviye İzvestiya” portalına istinadən yazdığına görə, müqavilə çərçivəsində Rusiya kətan toxumlarının partiyasını məişət texnikası - ütü ilə dəyişdirib. Ural Gömrük İdarəsinin elan etdiyi saziş iki ölkə arasında yeni ticarət yolları axtaran bizneslər üçün simvolik məna daşıyır.

Ekspertlərin fikrincə, xüsusilə bank sektoruna qarşı sanksiyaların və məhdudiyyətlərin artması ilə belə barter müqavilələri daha çox diqqət çəkməyə başlayıb. Çinlə bu müqavilənin ümumi dəyəri 100 min dollardan az olsa da, barter sisteminin yenidən ortaya çıxması bir çox ixracatçı və idxalçıları hərəkətə keçirdi.

Rusiya ilə Çin arasındakı ticarətdə Çindən maşın və avadanlıqlar, Rusiyadan xammal ixracı ön plana çıxır. Bununla belə, ekspertlər bildirirlər ki, barter sistemi iri həcmli ixracatçılar üçün çətinliklər yaradır, çünki əməliyyatların həcmi və prosesləri kifayət qədər mürəkkəb ola bilər.

Barter müqavilələrinin təklif etdiyi ən böyük üstünlüklərdən biri də valyuta dəyişmələrindən təsirlənməməsi və bank əməliyyatları ilə bağlı risklərin aradan qaldırılmasıdır. Bununla belə, bu müqavilələrin kommersiya səmərəliliyi və davamlılığı ilə bağlı hələ də ciddi şübhələr var.

Избранный
26
hafta.az

1Источники