RU

“Gürcüstandakı seçkilərin regiona xüsusi təsiri olmayacaq” - Fazil Mustafa

Yazını böyüt
Yazını kiçilt

“Gürcüstandakı seçkilərin regiona xüsusi bir təsiri olacağını düşünmürəm. Çünkü Gürcüstanda seçkilər parlamentlərində kimin daha çox üstünlük qazanmasını təmin edəcəkdir. Amma indiki şərtlərdə bunun regionda xüsusi bir dəyişiklik yaradacağı ehtimalı böyük deyil”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstanda keçiriləcək seçkilərin nəticələrinin regiona təsirləri ilə bağlı açıqamasında bildirib.

Deputat hesab edir ki, Gürcüstanın regionun siyasətinə təsir eləmək imkanları əvvəlki qədər geniş deyil.

“Çünki Gürcüstan hələ də Rusiya ilə müharibə vəziyyətindədir, torpaqlarının bir qisminə Rusiya nəzarət edir. Ona görə də bu məsələlərdə bir Qərb inteqrasiyası, yaxud orientasiyasının dəqiqləşməsi müəyyən dərəcədə Rusiya ilə münasibətləri kəskinləşdirə bilər. Bu da elə həmin Avropa İttifaqının bölgəyə gəlməsi, Gürcüstanı öz hüdudları içinə alması deməkdir. Yəni, bu çox uzun bir prosesdir. Ona görə də burada hər halda Rusiyanın daha kəskin bir siyasəti izləməsinə gətirib çıxara bilər”.

Избранный
20
hafta.az

1Источники