RU

Zümrüd Ağayeva Gürcüstan - İrlandiya matçına təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – İrlandiya oyununun UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq.

Sözügedən qarşılaşma oktyabrın 25-də Gürcüstanın paytaxtı Tiflisdə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Избранный
2
2
arena.az

10Источники